ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Şotlandiyada kimsəsiz Handa adasında işləmək üçün bir nəfər axtarılır.
Oxu.Az "Focus"a istinadən xəbər verir ki, meşəbəyi vəzifəsində çalışacaq şəxsə ildə 26 000 funt sterlinq (təxminən 35 000 dollar) ödəniləcək. Onunla ilkin olaraq altı aylıq müqavilə bağlanacaq.
Həmin şəxsin vəzifələrinə vəhşi təbiətin monitorinqi, könüllülər qrupunun idarə edilməsi və hər yay adaya gələn turistlərə kömək daxildir.
Bildirilir ki, son sakinlər adanı 19-cu əsrdə tərk ediblər. İndi orada 10 minlərlə dəniz quşu və digər canlılar yaşayırlar. Balinalar və köpəkbalıqları tez-tez sahildə görünürlər.
Adada mağaza yoxdur və ən yaxın kənd isə təxminən 200 nəfərin yaşadığı Skurridir. Ora materikdən qayıqla on dəqiqəlik məsafədədir, lakin əlverişsiz hava bəzən bir neçə gün gediş-gəlişi mümkünsüz edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.