Venesuela vitse-prezidenti Delsi Rodrigez ABŞ-ın hücumuna və prezident Nikolas Maduronun həbsinə cavab olaraq ölkənin müdafiə şurasının çağırıldığını elan edib.
Publika.az xəbər verir ki, onun çıxışı "Telesur" televiziya kanalı tərəfindən yayımlanıb.
Vitse-prezidentin sözlərinə görə, şuraya Venesuela Milli Assambleyasının rəhbəri Xorxe Rodriges, Ali Məhkəmənin Konstitusiya Palatasının prezidenti Karisiliya Rodriges və müdafiə naziri Vladimir Padrino Lopez daxildir.
"Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin dərhal azadlığa buraxılmasını tələb edirik", - Rodriges bildirib.