AZ

Rodrigez Maduronu Venesuelanın yeganə qanuni prezidenti adlandırdı

BAKI, 3 yanvar. TELEQRAF

Venesuela rəhbərliyi ölkənin təbii sərvətlərini qorumaqda qətiyyətlidir, bu sərvətlər Venesuela xalqına məxsusdur.

Teleqraf xəbər verir ki, bu barədə respublikanın vitse-prezidenti Delsi Rodrigez ABŞ Prezidenti Donald Trampın Venesuela neftinə çıxışla bağlı bəyanatlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Venesuela öz milli maraqlarını və suveren hüquqlarını müdafiə edəcək, ölkənin təbii ehtiyatları isə yalnız xalqın rifahına xidmət etməlidir.

Rodriges həmçinin bəyan edib ki, Nikolas Maduro Venesuelanın yeganə qanuni prezidentidir. Vitse-prezident vurğulayıb ki, Venesuela hakimiyyəti Nikolas Maduronun və onun həyat yoldaşının dərhal azad edilməsində israrlıdır.

Seçilən
120
27
teleqraf.com

10Mənbələr