ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bir həftə əvvəl Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb və onu təslim olmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, Tramp bunu “Fox News”a verdiyi müsahibədə bildirib.
Donald Tramp daha əvvəl ABŞ Silahlı Qüvvələrinin yanvarın 3-də Venesuela ərazisinə hava zərbələri endirdiyini də təsdiqləmişdi. Onun sözlərinə görə, ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşı Delta Force xüsusi təyinatlıları tərəfindən saxlanılaraq Venesueladan çıxarılıb.
Ağ Ev rəhbəri Bakı vaxtı ilə saat 20:00-da keçirilməsi planlaşdırılan mətbuat konfransında əməliyyatın bütün təfərrüatlarını açıqlayacağını vəd edib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.