AZ

Maduro və xanımı burada saxlanılacaq

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ-nin "Cənub Mizrağı" (Southern Spear) hərbi əməliyyatı nəticəsində ələ keçirilməsindən sonra onların taleyi ilə bağlı mühüm təfərrüatlar bəlli olub.

Milli.Az xəbər verir ki, Maduro və xanımı Flores ABŞ-nin USS Iwo Jima (LHD-7) adlı amfibiya-hücum dövlət gəmisi ilə birbaşa Nyu-Yorka aparılıb.

Tramp həmçinin özünün "Truth Social" hesabında Maduronun gözləri bağlı və idman geyimində gəmidə çəkilmiş şəklini paylaşaraq əməliyyatın uğurunu qeyd edib.

ABŞ-nin Baş prokuroru Pam Bondi Nikolas Maduro və Siliya Floresin Nyu-Yorkun Cənub Bölgəsi Federal Məhkəməsində (Southern District of New York) mühakimə olunacağını bildirib.

Məlumata görə, o, Manhetten federal məhkəməsində prosesi gözləyərkən Bruklindəki Metropoliten Detensiya Mərkəzində (MDC Brooklyn) saxlanıla bilər.

Maduroya qarşı irəli sürülən rəsmi ittihamlar bunlardır:

Terrorçu qruplarla işbirliyi edərək beynəlxalq narkotik ticarətini idarə etmək.

ABŞ-a tonlarla kokainin qanunsuz yollarla gətirilməsinə rəhbərlik etmək.

Pulemyot və digər hərbi təyinatlı dağıdıcı vasitələrdən qanunsuz istifadə və sui-qəsd.

Baş prokuror Bondi, Siliya Floresin də narkotrafik fəaliyyətlərində iştirak etdiyini və hər iki şəxsin "Amerika ədalətinin bütün qəzəbi" ilə üzləşəcəyini vurğulayıb.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
54
50
milli.az

10Mənbələr