Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
BMT-nin Baş katibi Antonio Quterreş Venesueladakı vəziyyətin kəskin şəkildə gərginləşməsi və ABŞ-ın hərbi əməliyyatı və Prezident Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı dərin narahatlığını bildirdi.
Bizimyol.info xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Dujarrik bildirib.
O, bu hadisələrin "təhlükəli presedent" yaratdığını və bütün region üçün həyəcan verici nəticələrə səbəb ola biləcəyini bildirib. "Baş katib BMT Nizamnaməsi də daxil olmaqla, bütün tərəflərin beynəlxalq hüquqa tam riayət etməsinin vacibliyini vurğulamağa davam edir. O, beynəlxalq hüququn qorunmamasından dərin narahatdır", - deyə o vurğulayıb.
Dünya qurumunun rəhbəri Venesueladakı siyasi prosesin bütün iştirakçılarını insan hüquqlarına və qanunun aliliyinə tam hörmətlə yanaşılan inklüziv dialoqa çağırıb.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.