Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İrandan İraqa qaz tədarükünün bir həftə ərzində bərpa olunması gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə İranın Energetika Nazirliyinin məlumatında deyilir.
"İran tərəfi Energetika Nazirliyinə gözlənilməz hallar səbəbindən qaz təchizatının tamamilə dayandırılması barədə teleqram göndərib", - deyə bildirilib.
Qeyd edilir ki, İran İraqın qaz və elektrik enerjisinə olan ehtiyacının üçdə birindən 40%-ə qədərini təmin edir.
Xatırladaq ki, İranda çərşənbə axşamı bəzi enerji bloklarının fəaliyyətinin dayandırılması və digərlərinin yükünün azalması səbəbindən İraqa qaz tədarükü dayandırılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.