Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, Maduro və xanımı hazırda ABŞ xüsusi təyinatlı qüvvələrinin nəzarətindədir və hərbi gəmi ilə Nyu-Yorka aparılır.
ABŞ prezidenti bu əməliyyatı əvvəlki illərdə baş verən uğursuzluqlarla müqayisə edərək xüsusilə Əfqanıstan nümunəsinə toxunub. Onun sözlərinə görə, Vaşinqton artıq beynəlxalq aləmdə "gülüş obyektinə" çevrilmiş ölkə deyil.
"Bunu Əfqanıstanla müqayisə edin. Orada biz bütün dünyanın gülüş obyektinə çevrilmişdik. İndi isə belə deyil. Biz artıq gülüş obyekti deyilik. Dünyanın ən güclü ordusu bizdədir - birmənalı şəkildə. Dünyanın ən güclü hərbi texnikası da bizə məxsusdur", - deyə Tramp vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31