ABŞ tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində tutulan Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka aparılır və orada ittihamlarla üzləşəcək.
Doğru.az xəbər verir ki, bu barədə ABC News jurnalisti Selina Vonq X sosial şəbəkəsində məlumat paylaşan mənbələrə istinadən bildirib. O qeyd edib: “Maduro 2020-ci ildən bəri narkoterrorizm ittihamları ilə üzləşdiyi Nyu-Yorka köçürülür”.
Daha əvvəl ABŞ-ın Venesuela prezidentini və həyat yoldaşını rəsmi olaraq “narko-terrorizm”də ittiham etdiyi açıqlanmışdı.
ABŞ lideri Donald Tramp isə Maduronun tutulmasından sonra Vaşinqtonun Venesuelanın gələcəyinə qərar verəcəyini bildirmişdi.
DOĞRU.AZ