AZ

Çin ABŞ-nin Venesueladakı hərəkətlərini pislədi

Çin Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya hücumunu və respublika Prezidenti Nikolas Maduronun həbsini pisləyib, bu cür hərəkətləri Latın Amerikası və Karib dənizində sülhə və təhlükəsizliyə təhdid adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə departamentin "X"də dərc olunmuş açıqlamasında deyilir.

Açıqlamada qeyd edilib: "Çin ABŞ-nin suveren dövlətə qarşı kobudcasına güc tətbiq etməsini və onun prezidentinə qarşı hərəkətlərini qınayır və qətiyyətlə pisləyir. ABŞ-nin bu cür hegemon hərəkətləri beynəlxalq hüququ və Venesuelanın suverenliyini ciddi şəkildə pozur". 

Seçilən
112
47
bakivaxti.az

10Mənbələr