AZ

Nyu-Yorkda yüzlərlə insan ABŞ-nin Venesueladakı hərəkətlərinə etiraz edib

BAKI, 4 yanvar. TELEQRAF

Nyu-Yorkda yüzlərlə nümayişçi ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatlarına etiraz edir.

Teleqraf TASS-a istinadən xəbər verir ki, etirazçılar şəhərin mərkəzi meydanlarından biri olan Tayms-skverə toplaşıb.

Onlar Venesuela bayraqları və “Əllərinizi Venesueladan çəkin!”, “Venesuelanı bombalamağı dayandırın!”, “ABŞ Karib hövzəsindən rədd olsun!” şüarları yazılmış plakatlarla aksiya keçiriblər.

Aksiyanın keçirildiyi ərazidə polis qüvvələrinin sayı artırılıb, lakin hüquq-mühafizə orqanları küçələri bağlamayıb və nümayişin gedişinə müdaxilə etməyib. Hadisə yerində vəziyyət sakit olaraq qalır.

Seçilən
48
37
teleqraf.com

10Mənbələr