Venesuela prezidenti ətrafında baş verən son hadisələr beynəlxalq siyasətdə güc balansı, dövlət suverenliyi və beynəlxalq hüququn real vəziyyəti ilə bağlı ciddi suallar doğurur.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Venesuela prezidenti ətrafında baş verən qalmaqallı hadisələrlə bağlı müsahibə verib. Publika.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Venesuela prezidentinin oğurlanmasını necə qarşıladınız?
- Bu ilk növbədə Venesuelada dövlət institutlarını qorumalı olan strukturların nə qədər zəif olmasını göstərdi. Dövlət mafiya prinsipləri ilə idarə olunanda belə olur. Kənardan daha güclü biri ortaya çıxanda tərəfdarları dərhal onu satır, həmin yeri tutmaq üçün güclüyə öz xidmətlərini təklif edirlər.
İkincisi, bu hadisə göstərdi ki, beynəlxalq hüquq deyilən bir şey qalmayıb. Kim güclüdürsə, istədiyini milli maraqlar adı altında həyata keçirir.