BAKI, 3 yanvar. TELEQRAF
BMT-nin baş katibi Antoniu Quterreş Venesuelada vəziyyətin kəskinləşməsi fonunda bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırıb və baş verənlərin region üçün təhlükəli nəticələr doğura biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik məlumat verib.
Onun sözlərinə görə, ABŞ-nin hərbi əməliyyatı və Venesuela prezidenti Nikolas Maduronun saxlanılması ilə nəticələnən hadisələr təhlükəli presedent yaradır və bütün region üçün narahatedici nəticələrə səbəb ola bilər.
“Baş katib bütün tərəflər tərəfindən beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə tam şəkildə əməl edilməsinin vacibliyini daim vurğulayır. O, beynəlxalq hüquq normalarına riayət olunmamasından dərin narahatlıq keçirir”, – deyə Dujarrik qeyd edib.
Antoniu Quterreş Venesuelada siyasi prosesin bütün iştirakçılarını insan hüquqlarına və qanunun aliliyinə tam hörmət əsasında inklüziv dialoqa çağırıb.