ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-ın Venesuelaya qarşı hərbi hücumunu qınayıb.
Bizimyol.info xəbər verir ki, o, bu barədə sosial media səhifəsində bəyanat yayımlayıb.
Dias-Kanel ABŞ əməliyyatını cinayətkar hücum adlandıraraq beynəlxalq ictimaiyyətdən təcili reaksiya tələb edib. "Biz ABŞ-ın Venesuelaya qarşı cinayətkar hücumuna beynəlxalq ictimaiyyətdən təcili reaksiya tələb edirik və qınayırıq. Sülh zonamıza vəhşicəsinə hücum edilir", - deyə o bildirib.
Kuba lideri həmçinin ABŞ-ın hərəkətlərini "cəsur Venesuela xalqına" qarşı terrorizm adlandırıb.
Kolumbiya Prezidenti Qustavo Petro əvvəllər də oxşar bir açıqlama vermişdi. O, Amerika Dövlətləri Təşkilatını və BMT-ni Venesueladakı vəziyyətlə bağlı təcili iclas keçirməyə çağırıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.