AZ

Paytaxtda zəncirvari yol qəzası - 4 avtomobil toqquşdu

Bu gün səhər saatlarında Bakı şəhərinin Babək prospektində zəncirvari yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün buzlu olması səbəbindən 4 avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib və digər avtomobillərin hərəkəti çətinləşib.

Zərbənin gücündən bir maşın körpünün ortasındakı bardür üzərinə çıxıb.

Asya
Milli.Az

Seçilən
109
2
milli.az

3Mənbələr