Bu gün səhər saatlarında Bakı şəhərinin Babək prospektində zəncirvari yol qəzası baş verib...
Poliqon xəbər verir ki, Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün buzlu olması səbəbindən 4 avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib və digər avtomobillərin hərəkəti çətinləşib.
Zərbənin gücündən bir maşın körpünün ortasındakı bardür üzərinə çıxıb.
Poliqon.info