AZ

Paytaxtda zəncirvari yol qəzası - 4 avtomobil toqquşdu - VİDEO

Bu gün səhər saatlarında Bakı şəhərinin Babək prospektində zəncirvari yol qəzası baş verib.
 
Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün buzlu olması səbəbindən 4 avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib və digər avtomobillərin hərəkəti çətinləşib.
 
Zərbənin gücündən bir maşın körpünün ortasındakı bardür üzərinə çıxıb.

milli.az

Seçilən
118
2
moderator.az

3Mənbələr