ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Dünən gecədən Venesuelanın paytaxtı Karakasda güclü partlayış səsləri eşidilib.
525.az xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə şəhərdən tüstü və alov yüksəldiyi görünür.
Yerli mətbuatın məlumatına görə, ABŞ Venesuelaya havadan və dənizdən genişmiqyaslı hücuma keçib. Yüzlərlə qanadlı raketin paytaxtdakı hədəfləri vurduğu iddia edilir.
Bu arada hadisə şahidləri bildiriblər ki, ərazidə ən azı 7 partlayış və alçaqdan uçan təyyarələrin səsi eşidilib.
Venesuelanın bir çox şəhərlərində elektrik enerjisi kəsilib.
İspaniyanın “El Confidencial” qəzetinin məlumatına görə, partlayışlar Venesuela Müdafiə Nazirliyinin ən mühüm hərbi qərargahlarından biri, Milli Kəşfiyyat Xidmətinin istifadə etdiyi həbsxana yaxınlığında və La Quaira limanı yaxınlığında baş verib. Bildirilib ki, partlayışlar zamanı venesuelalılar şəhəri tərk etmək üçün hərəkətə keçərkən ərazidə böyük tıxac yaranıb.
İbrahim Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.