Fanat saytına istinadən ain.az xəbər verir.
Noyabrda I Liqa təmsilçisi "Səbail"in baş məşqçisi postundan ayrılaraq "Qəbələ"nin U-17 komandasının sükanı arxasına keçən Elvin Məmmədov yenidən iş yerini dəyişib.
Fanat.Az-ın məlumatına görə, gənc mütəxəssis "Neftçi" klubu ilə anlaşıb.
O, paytaxt təmsilçisinin U-17 komandasına baş məşqçi təyin olunub. 37 yaşlı mütəxəssis bugünlərdə U-21-ə köməkçi-məşqçi kimi yollanan Rəşad Hüseynovun gedişindən sonra boş qalan posta gətirilib.
Qeyd edək ki, "Neftçi"nin U-17 komandası AFFA-nın keçirdiyi müvafiq liqada hazırda 2-ci yerdə qərarlaşıb.
Mirağa
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.