AZ

Elvin Məmmədov "Neftçi"də

Noyabrda Birinci Liqa təmsilçisi "Səbail"in baş məşqçisi postundan ayrılaraq "Qəbələ"nin U-17 komandasının sükanı arxasına keçən Elvin Məmmədov yenidən iş yerini dəyişib.

"Cebheinfo.az" fanat.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis "Neftçi" klubu ilə anlaşıb.

O, paytaxt təmsilçisinin U-17 komandasına baş məşqçi təyin olunub. 37 yaşlı mütəxəssis bu günlərdə U-21-ə köməkçi-məşqçi kimi yollanan Rəşad Hüseynovun gedişindən sonra boş qalan posta gətirilib.

Qeyd edək ki, "Neftçi"nin U-17 komandası AFFA-nın keçirdiyi müvafiq liqada hazırda 2-ci yerdə qərarlaşıb.

"Cebheinfo.az"

Seçilən
27
10
cebheinfo.az

6Mənbələr