Yazını böyüt
Yazını kiçilt
Noyabrda Birinci Liqa təmsilçisi “Səbail”in baş məşqçisi postundan ayrılaraq “Qəbələ”nin U-17 komandasının sükanı arxasına keçən Elvin Məmmədov yenidən iş yerini dəyişib.
Hafta.az xəbər verir ki, gənc mütəxəssis “Neftçi” klubu ilə anlaşıb.
O, paytaxt təmsilçisinin U-17 komandasına baş məşqçi təyin olunub. 37 yaşlı mütəxəssis bugünlərdə U-21-ə köməkçi-məşqçi kimi yollanan Rəşad Hüseynovun gedişindən sonra boş qalan posta gətirilib.