AZ

Dünyanın ən yaxşı hava limanları məlum oldu

Dünyanın ən yaxşı aviaşirkətləri və hava limanları 2025-in qalibləri məlum olub.

"Yeni Sabah" Resorting.az-a istinadən xəbər verir ki, 9 mindən çox sənaye eksperti və peşəkar səyahətçinin rəyi əsasında formalaşan bu siyahı 18 müxtəlif kateqoriya üzrə ən yaxşıları müəyyən edib.

"Forbes Travel Guide"nin apardığı sorğuda "Emirates" aviaşirkəti növbəti dəfə "Ən Yaxşı Beynəlxalq Aviaşirkət" adını qazanıb. Şirkət, həmçinin "Ən yaxşı birinci sinif kabin" və "Ən yaxşı beynəlxalq gözləmə zalı" nominasiyaları üzrə də qalib olub.

Sinqapurun Çangi hava limanı yenidən dünyanın bir nömrəsi seçilib. Bu liman yeddi mərtəbəli qapalı şəlaləsi, kəpənək bağları və hovuzu ilə sadəcə bir keçid məntəqəsi deyil, həm də turizmin əsas mərkəzi hesab olunur.

ABŞ-nin "Delta Air Lines" şirkəti də "Ən Yaxşı" nominasiyalar üzrə 5 fərqli mükafata layiq görülərək rəqiblərini üstələyib. 

"Air New Zealand" şirkəti isə tətbiq etdiyi innovasiyaya görə "Ən yaxşı" ada layiq görülüb. Belə ki, şirkət ekonom sinif sərnişinləri üçün üç oturacağı çarpayıya çevirən "Skycouch" sistemi ilə rəqiblərindən seçilib.


Telegram kanalımız
Seçilən
78
1
yenisabah.az

2Mənbələr