AZ

Ötən il 284 nəfərə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina olunub

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ildə müxtəlif elm sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi alanların statistikasını açıqlayıb.

AAK-dan AZƏRTAC-a bildirilib ki, 2025-ci ildə müxtəlif elm sahələri üzrə 474 nəfərə fəlsəfə doktoru, 82 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilib.

Eyni zamanda, 284 nəfərə fəlsəfə doktoru, 37 nəfərə isə elmlər doktoru elmi dərəcəsinin verilməsindən imtina olunub.

 

Seçilən
42
31
azertag.az

10Mənbələr