AZ

Ötən il uşaqlara ən çox qoyulan ADLAR

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

AzEdu.az xəbər verir ki, 2025-ci ildə oğlan uşaqlarına ən çox verilən ad Uğur olub.

Bu ad il ərzində 1569 uşağa qoyulub.

Bundan əlavə, doğumu qeydə alınmış oğlanlardan 1166-na Raul, 1028-nə Əli, 1050-nə Hüseyn, 986-na Yusif adı verilib.

Qız uşaqları arasında isə Melisa adı birinci olub. Ötən il ərzində bu ad 1073 uşağa verilib.

Bundan əlavə, yeni doğulmuş qızlardan 1015-nə Zeynəb, 1014-nə Məryəm, 993-nə Nilay, 964-nə isə Aylin adı qoyulub.

Seçilən
59
16
azedu.az

10Mənbələr