AZ

​“Qalatasaray” Osimenə 150 milyon qiymət qoydu

Türkiyənin "Qalatasaray" klubu nigeryalı ulduzu Victor Osimeni satmağa hazırlaşır. İstanbul təmsilçisi bu niyyətini reallaşdırıb, boşalmaqda olan kassasını ağzına kimi doldurmaq istəyir. Metbuat.az xəbər verir ki, "Qalatasaray” rəhbərliyi Osimen üçün dodaquçuqladan qiymət müəyyənləşdirib. Türkiyə klubu qaradərili ulduzun transferindən nə az, nə çox, düz 150 milyon avro qazanc əldə etməyi gədəfləyir.

“Qalatasaray” rəhbərliyi 27 yaşlı futbolçunun dəyərinin hər gün aetdığının fərqindədir. Osimenin Afrika Kubokunda və Türkiyə çempionatında qolları ard-arda sıralaması onun dəyərini hər gün artırır. Sarı-qırmızılı komandanın idarəçiləri hazırda 100 milyon avro dəyəri olan qolçunu mövsümün sonunda 150 milyon avroya satacaqlarına əmindirlər”, - “Fanatik” qəzeti yazıb.

Seçilən
87
14
metbuat.az

10Mənbələr