AZ

Bayram günü də dinc durmayıblar

Dekabrın 31-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.


Telegram kanalımız
Seçilən
109
50
yenisabah.az

10Mənbələr