AZ

Bayram günlərində 13 nəfər zəhərlənib

Bayram tətili günlərində (31 dekabr- 5 yanvar) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 13 müraciət daxil olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə KTM məlumat yayıb. 

Bildirilib ki, müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-sı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Ölüm faktı qeydə alınmayıb.

"Cebheinfo.az"

Seçilən
96
3
cebheinfo.az

10Mənbələr