Bakı, 5 yanvar, AZƏRTAC
Bayram tətili günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.
Bu barədə AZƏRTAC-a KTM-in mətbuat xidmətindən bildirilib.
Müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-sı isə sirkə turşusundan zəhərlənən şəxslərdir. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar. Ölüm faktı qeydə alınmayıb.