AZ

Afrika Millətlər Kubokunda qeyri-adi hadisə – ARENA.AZ

Futbol üzrə Afrika Millətlər Kubokunun qrup mərhələsinin sonuncu turunun Uqanda – Nigeriya oyununda maraqlı hadisə yaşanıb.

Arena.az xəbər verir ki, qarşılaşma ərzində Uqanda yığmasının hər üç qapıçısı meydana çıxıb.

Belə ki, matça start heyətində başlamış Denis Masinde Onyanqo zədə səbibindən yerini digər qapıçı Salim Maqulaya verib. Maqula isə 56-cı dəqiqədə cərimə meydançasından kənarda əllə oynadığına görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Milli oyunu üçüncü qapıçı Nafyan Alionzi ilə tamamlayıb. Görüş Nigeriyanın 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Nigeriya yer aldığı qrupu 9 xalla lider başa vurub. Uqanda isə 1 xalla mübarizəni dayandırıb.

Mərakeşdə təşkil edilmiş Afrika Millətlər Kubokunda qrup mərhələsinə bu gün yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
24
10
arena.az

10Mənbələr