AZ

Spalletti: “Kenan Yıldızı oğlum kimi sevirəm” – ARENA.AZ

“Yuventus”un baş məşqçisi Luçano Spalletti “byankoneri”nin türk ulduzu, cinah hücumçusu Kenan Yıldız haqda qənaətini açıqlayıb.

Arena.az italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Kenan bizim “10 nömrə”mizdir. O, üzərinə məsuliyyət götürməlidir. Yıldızı oğlum kimi sevirəm. Bilirəm ki, oyunun gedişini ixtiyari anda məhz o dəyişə bilər”, deyə Spalletti vurğulayıb.

Xatırladaq ki, Kenan Yıldız Almaniyanın “Bayern” klubunun yetirməsidir. Türk futbolçu “Yuventus”a 2022-ci ilin iyul ayında azad agent qismində qoşulub. 2023-cü ildən Turin təmsilçisinin əsas komandasına cəlb edilmiş türk hücumçu artıq öz adından söz etdirməyi bacarıb. Gənc yaşına rəğmən, Yıldız “Yuventus”un əsas komandasında 106 oyuna çıxıb, 22 qola imza atıb və 17 məhsuldar ötürmə verib.

Yıldız 2023-cü ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında 26 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı türk hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
19
7
arena.az

10Mənbələr