AZ

Toni Kroos ən yaxşı klub və ən yaxşı futbolçu seçimini açıqladı – ARENA.AZ

“Bayern”, “Bayer” və “Real”ın almaniyalı keçmiş yarımmüdafiəçisi Toni Kroos karyerası ərzində ən yaxşı klubla bağlı sualı cavablayıb.

Arena.az keçmiş futblçunun müvafiq cavabını təqdim edir:

“Bu, asan sualdır. Dünyanın ən nəhəng klubunda on il ərzində çıxış etməyim baxımından bəxtim gətirib. “Real” mənim üçün böyük bir ailə olub, bu illər olduqca uğurlu keçib. Karyeramın ən yaxşı dövrüdür, şübhəsiz”, deyə Kroos vurğulayıb.

Veteran yarımmüdafiəçi Kroos birlikdə çıxış etdiyi ən yaxşı futbolçu ilə bağlı sualı da cavablayıb:

“Kristiano Ronaldo mənə, eyni komandada oynamağım müəyyəssər olmuş ən yaxşı futbolçudur”.

Toni Kroos vaxtilə “Real”da çiyin-çiyinə oynadığı braziliyalı futbolçularla münasibətlərindən də danışıb:

“Uşaqlığımdan bəri Braziliya futbolunu sevirəm. Madriddə Vinisius, Militao və Kazemiro ilə yaxşı münasibətlər qurmuşdum. Bu uşaqlarla ortaq dil tapmaq asan idi. Meydanda Vinisiusla xüsusilə yaxşı əlaqəm var idi. O, mənim ötürmələrimdən, mən isə onun qaçışlarından istifadə edirdim”.

Xatırladaq ki, Kroos 2014-cü ildən 2024-cü ilə qədər “Real”ın heyətində çıxış edib. O, Madrid klubu ilə 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
19
7
arena.az

10Mənbələr