AZ

TAP-ın 5 illik ixrac həcmi açıqlanıb

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya qazixracının başlanmasından ötən beş il ərzində 54 milyard kubmetrdənçox qaz nəql olunub.

Trend xəbər verirki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün"X" hesabında paylaşım edib.

Nazir qeyd edib ki, bu il qısamüddətli və uzunmüddətlimüqavilələr çərçivəsində Avropaya 12,8 milyard kubmetr qaz ixracedilib.

Xatırladaq ki, TAP ilk qazını 31 dekabr 2020-ci ildə nəql etməyəbaşlayıb. Boru kəmərinin illik ötürmə gücü 10 milyard kubmetrdir və20 milyard kubmetrə qədər artırılması potensialı mövcuddur.

2026-cı ilə qədər TAP tədarükünün əlavə 1,2 milyard kubmetrartırılması 2024-cü ilin yanvarında təsdiqlənib. Hazırda 2026-cıildən başlayaraq TAP vasitəsilə Albaniyaya qaz tədarükünün təşkiliüzrə işlər davam etdirilir.

Seçilən
109
13
az.trend.az

10Mənbələr