AZ

"Shell" və BP Venesuelaya qayıdır

BAKI, 5 yanvar. TELEQRAF

Britaniyanın iri neft-qaz şirkətləri "Shell" və BP ABŞ-nin Venesuelada fəaliyyətlərini bərpa etmək imkanlarını dəyərləndirir.

Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

"Shell" Karib dənizində yerləşən və ehtiyatları təxminən 120 milyard kubmetr qiymətləndirilən Dragon qaz yatağının işlənməsində maraqlıdır. Layihənin 30 il ərzində illik 500 milyon dollara qədər gəlir gətirəcəyi bildirilir. ABŞ hakimiyyəti ilə lisenziyalaşdırma məsələlərində yaranan fikir ayrılıqları səbəbindən layihə əvvəllər dondurulmuşdu, lakin yeni siyasi şəraitdə bu məhdudiyyətlərin yenidən nəzərdən keçirilə biləcəyi istisna edilmir.

"The Daily Telegraph"a görə, BP də Venesuelaya qayıtmaqda maraqlı ola bilər. Şirkət 2024-cü ildə Manakin–Cocuina qaz yatağının işlənməsi üçün lisenziya alsa da, Donald Tramp administrasiyası həmin ilin aprelində icazəni geri almışdı. BP-nin o zamandan lisenziyanın bərpası üçün səylər göstərdiyi bildirilir.

Seçilən
109
35
teleqraf.com

10Mənbələr