AZ

Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetrlik yeni qaz müqaviləsi imzalanacaq


Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanla yeni təbii qaz təchizatı ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Bayraktar “Kanal 7” televiziyasında Türkiyənin enerji vizyonu ilə bağlı çıxışı zamanı razılaşmanın detallarını bölüşüb.
Nazir bildirib ki, ümumi həcmi 33 milyard kubmetr olan bu razılaşma çərçivəsində qaz tədarükü 2029-cu ildən başlayacaq və 15 il müddətinə davam edəcək.
Onun sözlərinə görə, razılaşmaya əsasən Azərbaycanın “Abşeron” yatağından illik 2,25 milyard kubmetr qazın Türkiyəyə çatdırılmasını nəzərdə tutur. Müqavilə 2040-cı illərə qədər qüvvədə olacaq və ümumilikdə 33 milyard kubmetr qaz tədarükünü əhatə edəcək.
Seçilən
89
26
yeniavaz.com

10Mənbələr