AZ

Afrika Millətlər Kuboku: Yığmanın 3 qapıçısı meydana çıxdı, məğlub oldular

Afrika Millətlər Kubokunda, Uqanda və Nigeriya komandalarının üz-üzə gəldiyi oyunda maraqlı hadisə yaşanıb.

Apasport.az xəbər verir ki, qarşılaşma ərzində Uqanda yığmasının üç qapıçısı da meydana çıxıb.

Belə ki, matça start heyətində başlayan qolkiper Denis Masinde Onyanqo zədə səbibindən yerini Salim Maqulaya verib. Sonuncu isə 56-cı dəqiqədə cərimə meydançasının kənarında əllə oynadığına görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Milli oyunu üçüncü qapıçı Nafyan Alionzi ilə tamamlayıb. Görüş Nigeriyanın 3:1 hesablı qələbəsi ilə bitib.

“Tottenhem”dən “Kristal Pelas”a

İngiltərəli müdafiəçi Premyer Liqaya qayıda bilər

Necip Uysal: “Karyeramı “Beşiktaş”da sonlandıracam”

Premyer Liqa klubunda məşqçi ayrılığı

“Liverpul” Robertsonu buraxmaq istəmir

Seçilən
84
46
apasport.az

10Mənbələr