Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
A seriyasında gərgin anlar: 3 qırmızı vərəqə, 2 qol
İtaliya A Seriyasının 18-ci turunda "Latsio" və "Napoli" klubları üz-üzə gəlib. Qarşılaşma qollarla yanaşı, gərgin anlarla da yadda qalıb.
QOL.az xəbər verir ki, görüşün 86-cı dəqiqəsində meydanda tərəflər arasında dava düşüb. Hadisə zamanı "Latsio"nun müdafiəçisi Adam Maruşiç və "Napoli"nin futbolçusu Paskuale Maddzokki qarşıdurmanın mərkəzində olub. Baş hakim hər iki futbolçunu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb.
Bundan bir qədər əvvəl "Latsio" artıq azlıqda qalmışdı. Komandanın niderlandlı hücumçusu Ticcani Noslin qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılmışdı.
Qeyd edək ki, qarşılaşma "Napoli"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İtaliya çempionunun heyətində Leonardo Spinazzola və Amir Rrahmani fərqlənib. Matteo Politano isə hər iki qolun ötürməsini verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.