AZ

Ürək sağlamlığı üçün gəzinti vərdişlərinin əhəmiyyəti açıqlanıb

Bakı. Trend:

Madrid Avropa Universitetinin tədqiqatçıları müəyyən ediblər ki,gün ərzində bir neçə qısa gəzinti etməkdənsə, bir uzunmüddətligəzinti ürək sağlamlığı baxımından daha səmərəlidir.

Trend-inməlumatına görə, araşdırmanın nəticələri “Annals of InternalMedicine” elmi jurnalında dərc edilib.

Alimlər fiziki aktivliyə dair məlumatları təhlil edərək onlarıölüm göstəriciləri və ürək-damar xəstəlikləri ilə müqayisə ediblər.Tədqiqatda gündə orta hesabla 8 min addımdan az yeriyən, həmçinintədqiqatın başlanğıcında ürək-damar xəstəlikləri və ya xərçəngdiaqnozu olmayan şəxslər iştirak ediblər.

Təxminən onillik müşahidə dövründə 735 ölüm halı və 3 119ürək-damar hadisəsi, o cümlədən infarkt və insult qeydə alınıb.Aparılan təhlil göstərib ki, gəzinti forması mühüm rol oynayır.Fiziki aktivliyi əsasən çox qısa hərəkətlərlə məhdudlaşan şəxslərdərisk daha yüksək olub. Beş dəqiqədən az davam edən gəzintilər ölümhallarının və ürək-damar fəsadlarının artması iləəlaqələndirilib.

Seçilən
59
45
az.trend.az

10Mənbələr