AZ

Britaniyada “fast-fud” yeməklərin reklamı qadağan olunub

Bakı. Trend:

Böyük Britaniyada zərərli qəlyənaltı yeməklərin yerli vaxtla21:00-a qədər televiziyada və onlayn reklamı və təbliğatı ilə bağlıqadağa qüvvəyə minib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Qadağanın tətbiqində məqsəd azyaşlılar arasında çoxalmaqda olanpiylənmə və artıq çəki probleminə qarşı mübarizədir. Reklamı21:00-a kimi qadağan edilmiş qida məhsullarının siyahısına başlıcaolaraq sodalı içkilər, müxtəlif şirniyyatlar, o cümlədən şokolad,pizzalar, dondurmalar və eləcə də tərkibində zəngin yağ, duz vəşəkər olan digər qidalar daxildir.

Britaniyanin Səhiyyə Nazirliyinin (NHS) məlumatına əsasən,hazırda məktəbəqədər yaşlı (qəbul sinfi yaşında olan) uşaqlarıntəxminən hər 10 nəfərindən biri (9,2 faizi) piylənmə ilə yaşayır,beş yaşına çatana qədər isə uşaqların hər beşindən birində dişçürüməsi müşahidə olunur.

Hesablamalara görə, piylənmə hər il NHS-ə 11 milyard funtsterlinqdən artıq xərc yaradır.

Məqalədə:
Seçilən
78
8
az.trend.az

10Mənbələr