AZ

Mövsümə görə saçlara düzgün qulluq qaydaları

Saçların sağlam və parlaq qalması üçün onlara mövsümə uyğun yanaşmaq vacibdir.

AzPost xəbər verir ki, mütəxəssislər bildirir ki, qış və yay aylarında saçlara təsir edən amillər fərqli olduğu üçün qulluq qaydaları da dəyişməlidir. Qış aylarında əsas problem qapalı məkanlarda quru hava, açıq havada isə soyuq və temperatur fərqləridir. Bu faktorlar saçların qurumasına, sınmasına, elektriklənməsinə və parlaqlığını itirməsinə səbəb olur.

Mütəxəssislər qışda saçların daha çox nəmləndirilməli və qorunmalı olduğunu deyirlər. Daha qidalandırıcı maskalardan, yağ tərkibli saç baxım vasitələrindən istifadə tövsiyə olunur. Təbii materialdan hazırlanmış papaqlar taxmaq və saçları şaxtadan qorumaq da vacib sayılır.

Yay aylarında isə saçlar əsasən günəş şüaları, dəniz duzu, hovuz suyundakı xlor və yüksək rütubətdən zərər görür. Bu amillər saçların solmasına, qurumasına və qabarmasına səbəb ola bilər. Yay mövsümündə saçlar üçün günəşdən qoruyucu tərkibli vasitələrdən istifadə məsləhət görülür. Dəniz və ya hovuzdan sonra saçların mütləq şirin su ilə yuyulması tövsiyə edilir. Uclar üçün qoruyucu yağ və serumlar saçın zədələnməsinin qarşısını ala bilər.

Mütəxəssislər həmçinin hər mövsümdə kifayət qədər su içməyin və saçlarda dəyişiklik hiss edilən kimi qulluq qaydalarını yeniləməyin vacibliyini vurğulayırlar.

AzPost.az

Seçilən
76
5
azpost.info

10Mənbələr