
Super Liqada mövsümün ilk yarısını lider kimi başa vuran “Qalatasaray”da ayrılıq yaşanıb.
Missiya.Az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Berkan Kutlu “Konyaspor”la razılığa gəlib.
Məlumata görə, 27 yaşlı futbolçu müqavilə imzalamaq üçün Konyaya dəvət olunub. “Qalatasaray”ın heyətində 159 rəsmi oyunda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalan Kutlunun bazar dəyəri 2,5 milyon avrodur.
Bildirilib ki, “Konyaspor” Berkan Kutlu ilə 1,5 illik müqavilə imzalayıb.
Seyranə Quliyeva
Missiya.Az