AZ

"Qalatasaray" millinin üzvü üçün bu tarixdə hərəkətə keçəcək

“Qalatasaray” “İnter”də forma geyinən milli ulduz Hakan Çalhanoğlu üçün yenidən hərəkətə keçməyə hazırlaşır.

Teleqraf “Takvim” nəşrinə istinadən xəbər verir ki, “sarı-qırmızılar” 31 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı yanvarın 21-də həm “İnter” klubu, həm də futbolçunun meneceri ilə görüş keçirəcək.

Bundan sonra transfer prosesinin gedişatı bəlli olacaq.

“İnter” də Hakan Çalhanoğlu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağı planlaşdırır. 2027-ci ildə başa çatacaq kontraktı uzatmaq istəyən Milan təmsilçisi yığmanın kapitanını azad agent kimi itirmək istəmədiyindən mümkün satış variantına nəzərdən keçirir.

Qeyd edək ki, cari mövsüm “İnter”in heyətində 19 rəsmi oyuna çıxan Hakan Çalhanoğlu 7 qol və 3 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Seçilən
35
5
teleqraf.com

10Mənbələr