
“Qalatasaray” təcrübəli yarımmüdafiəçi Berkan Kutlu ilə müqavilənin başa çatdığını açıqlayıb.
Missiya.Az türk mediasına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun “Konyaspor”a keçəcəyi gözlənilir.
Klub sosial mediada paylaşım edərək Berkan Kutluya uğurlar arzulayıb.Qeyd edək ki, o, “Qalatasaray”da 159 oyuna çıxıb, 3 qol vurub, 9 məhsuldar ötürmə edib və 3 dəfə Super Liqa, həmçinin Türkiyə Kuboku və Super Kubokunu qazanıb.
Seyranə QuliyevaMissiya.Az