AZ

Kəlbəcər rayonunda 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirilib (FOTO)

Bakı.Trend:

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilmünasibətilə bayram tədbiri keçirilib.

Trend xəbərverir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentininxüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirrayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayraməhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissiningücləndirilməsinə xidmət edib.

Tədbir çərçivəsində şəhərin birinci yaşayış məhəlləsində Yeni ilağacı bəzədilib, Şaxta baba və Qar qız uşaqlara hədiyyələr təqdimediblər. Musiqi sədaları altında davam edən bayram şənliyindəuşaqlar böyük sevinc yaşayıblar. Tədbirdə iştirak edə bilməyənuşaqlar isə Şaxta baba tərəfindən evlərində ziyarət olunub, onlarabayram hədiyyələri çatdırılıb.

Tədbir Kəlbəcərdə bərpa və yenidənqurma prosesləri fonundasakinlər üçün unudulmaz bayram ab-havası yaradaraq, sakinlərinsosial həyatına xüsusi rəng qatıb.

Seçilən
99
42
az.trend.az

10Mənbələr