"Ukrayna və ABŞ dörd bölmə və düzəlişlərdən ibarət hərbi sənəd üzərində razılığa gəliblər"
Publika.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov bildirib.
O, sənəddə Kiyevə və Ukrayna Silahlı Qüvvələrinə necə dəstək veriləcəyi barədə məlumatların yer aldığını, həmçinin qoşunların dəstəklənməsi və modernləşdirilməsi məsələlərinin də müzakirə olunduğunu aydınlaşdırıb.
Bundan əlavə, sənəddə razılaşmalara riayət olunmasının monitorinqi mexanizmləri və uyğunsuzluq halında görüləcək tədbirlər müəyyən edilib.