AZ

"O işığın nuru mütləq sizə geri qayıdacaq" - Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. 

"Unikal" xəbər verir ki, təbrik mesajında deyilir: 

"Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm!

Sizə xoşbəxtlik, möhkəm cansağlığı, ən ülvi arzularınızın gerçəkləşməsini və nur arzulayıram.

Qoy hər birinizin qəlbində xeyirxahlığa və insanlığa inam yaşasın. Arzulayıram ki, xeyir və xeyirxahlığın heç bir təmənna güdmədən başqalarına ünvanlanmasına inanasınız, çünki o işığın nuru mütləq sizə geri qayıdacaq.

Xüsusilə bütün uşaqları təbrik etmək istəyirəm. Uşaqlar saf, səmimi və güclüdürlər. Onları nə qədər çox dəstəkləsək, tərifləsək, sevsək və ruhlandırsaq, bir o qədər mərhəmətli, özünə inanan və işıqlı şəxsiyyətlər yetişdirə bilərik.

Qoy Allah hamını qorusun.

Hər birinizə minnətdaram. Yeni il sizə harmoniya və sevgi gətirsin".
 

Seçilən
43
50
unikal.az

10Mənbələr