İranda etirazlar keçirilir
Ajans.az Iran International telekanalına istinadən xəbər verir ki,etirazlar paytaxt Tehran şəhərində keçirilir. Bildirilir ki, aksiyalar paytaxtın bir sıra rayonlarını əhatə etməklə yanaşı, Kərəc də daxil olmaqla bir neçə digər şəhərə də yayılıb. Etirazlarla paralel olaraq bəzi ərazilərdə tətillərin baş verdiyi qeyd olunur. Məlumata əsasən, etirazçılar hökumət əleyhinə şüarlar səsləndirir və ölkədəki iqtisadi böhrana etirazlarını ifadə edirlər. Hazırda rəsmi qurumlar tərəfindən hadisələrlə bağlı açıqlama verilməyib. Etirazların miqyası və mümkün nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.