AZ

Britaniyadan iddia – “etirazlar güclənsə, XameneyiRusiyaya qaçacaq "


İranın ali rəhbəri Əli Xameneyinin ölkədə etirazların şiddətlənməsi və təhlükəsizlik qüvvələrinin onları nəzarət altına ala bilməməsi halı üçün ehtiyat plan hazırladığı bildirilir.

Məlumatı Azad İran Teleqram kanalı “The Times” qəzetinə istinadən yayıb.

"The Times" kəşfiyyat hesabatına istinadən yazır ki, Xameneyi 20 nəfərə qədər yaxın çevrəsi və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir. Mənbəyə görə, sözdə “B planı” Xameneyinin oğlu və ehtimal olunan varisi Müctəba Xameneyi ilə yanaşı, ən yaxın müttəfiqlərinin də ölkədən çıxarılmasını əhatə edir.

Hesabatda qeyd olunur ki, Tehrandan çıxış marşrutları əvvəlcədən planlaşdırılıb, təhlükəsiz gediş üçün xaricdə daşınmaz əmlak və nağd vəsait kimi aktivlər hazır vəziyyətə gətirilib.

Qəzetin yazdığına əsasən, iyun ayında İsraillə baş vermiş 12 günlük müharibədən sonra Xameneyi fiziki və psixoloji baxımdan zəifləyib.

Qeyd edək ki, bir neçə gündür davam edən etiraz aksiyalarının silahlı qarşıdurma mərhələsinə keçdiyi bildirilir.

İranın cənub-qərbində yerləşən yaşayış məhəllələrində atəş səsləri eşidilir.

Əhvaz şəhərində bir neçə mülki şəxsin yaralandığı bildirilir.

İradə SARIYEVA

Seçilən
85
26
baki-xeber.com

10Mənbələr