AZ

Etirazlar İran rejimi üçün nə vəd edir?



Artıq bir neçə gündür ki, İranda etiraz aksiyaları keçirilir. Əvvəlki aksiyalardan fərqli olaraq bu dəfə etirazlar daha mütəşəkkil görünür. Bəs görəsən aksiyaçılar öz məqsədlərinə çata biləcəklərmi?

Siyasi ekspert Çingiz Şahbazi Newscenter.az-a bildirib ki, əvvəlki illərdə etiraz edənlərin əsasən ideoloji baxımdan bazası tələbələr, şəhərli orta sinif və ideoloji müxalifət idisə, indi bura həmçinin aşağı gəlirli kütlə, əyalətlər və hətta rejimin “səssiz dayaqları” da qoşulub:

“Əlbəttə bu, İran fars molla rejiminin qurduğu sistemin nəticəsi olaraq, uzun onilliklər ərzində yığılıb qalan problemlərdir ki, artıq həlli mümkünsüzdür. Bu baxımdan etirazları müvəqqəti olsa da yatırmaq mümkün ola bilər. Amma, molla rejimi üçün bu hadisələr ucuz başa gəlməyəcək”.

Ekspert hesab edir ki, rejimi devirmək və yaxud da dəyişmək də indiki mərhələdə çətin olsa da, sistemin zəifləməsi üçün kifayət qədər ciddi hadisələr baş verir:

“Rejim zorakılığa əl artdıqca, böhran daha da artacaq və etirazların uzunmüddətli perspektivdə davam etməsi nəticəsində, kontrolun rejimin əlindən çıxma ehtimalıları artacaq. Əlbəttə ki, belə bir vəziyyətdə rəsmi Tehran İsrailə qarşı eskalasiya, regional gərginlik, xarici təhlükə ritorikasını gücləndirə bilər. Bu da daxili problemləri gizlətmək üçün klassik metoddur və İran rejimi bu metoddan istifadə etməklə etirazların qarşısını ala bilər. Belə olan halda, etirazlar nəticə verməzsə belə, ölkə sabitliyin təmin olunmasında yenidən böhran yaşayacaq və gərginlik dövrü qısa zamanda geri dönəcək”.

Süleyman
Seçilən
91
32
newscenter.az

10Mənbələr