AZ

Zelenski: Ərazilərlə bağlı kompromis üçün azad iqtisadi zona ideyasını mümkün variantdır...

Ukrayna prezidenti Donetsk, Luqansk, Zaporojye və Xersondan imtinanın qanunlara zidd olduğunu vurğulayıb...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Fox News telekanalına müsahibəsində ölkəsinin Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin ərazilərini sadəcə tərk edə bilməyəcəyini bəyan edib. Onun sözlərinə görə, bu ərazilərdən geri çəkilmək nə hüquqi, nə də siyasi baxımdan mümkün deyil və bu məsələ Ukrayna qanunvericiliyinə birbaşa ziddir.

Zelenski bildirib ki, nə prezident, nə parlament, nə də referendum bu fundamental hüquqi reallığı dəyişə bilməz. O qeyd edib ki, söhbət təkcə qanunlardan getmir, eyni zamanda həmin ərazilərdə yaşayan təxminən 300 min insanın taleyi də nəzərə alınmalıdır. Prezident vurğulayıb ki, Ukrayna ordusu hazırda bu bölgələrdə mövqe tutur və çoxlu sayda yaralı və həlak olmuş hərbçi fonunda əraziləri “sadəcə tərk etmək” mümkün deyil.

Dövlət başçısı əlavə edib ki, ərazilərlə bağlı istənilən potensial kompromis yalnız Ukrayna vətəndaşlarının birbaşa razılığı ilə qəbul edilə bilər. Onun sözlərinə görə, mümkün razılaşma ümumi və deklarativ bəyanatlardan ibarət deyil, 20 maddədən ibarət konkret plan əsasında formalaşdırılmalıdır.

Zelenski, eyni zamanda, mümkün kompromis variantlarından biri kimi azad iqtisadi zona yaradılması ideyasının müzakirə edildiyini açıqlayıb. Bu yanaşma çərçivəsində tərəflərin hər iki istiqamətdə bir neçə kilometr məsafədə qoşunları güzgü prinsipi ilə geri çəkməsi nəzərdə tutulur. Prezident vurğulayıb ki, əgər qərar məhz bu formatla bağlı olarsa, onun qəbul edilməsi və ya rədd edilməsi yolu referendumdan keçəcək.

Poliqon.info

Seçilən
103
50
poliqon.info

10Mənbələr