AZ

Zelenski UTX-nin də rəhbərini dəyişir

AzVision.az xəbər verir ki, “Ukrainskaya pravda” qəzetində dərc olunan materialda belə deyilir.

“Tanınmış ictimai xadimlərin və hərbçilərin ictimai dəstəyi dalğasından sonra yanvarın 3-də prezident Zelenski ilə görüşdə UTX-nin rəhbəri istefa verməkdən və Xarici Kəşfiyyat Xidmətinə (XKX) və ya Milli Təhlükəsizlik və Müdafiə Şurasına (MTMŞ) keçməkdən imtina edib”, - nəşr yazır.

Qəzetin iddiasına görə, Malyuk öz mövqeyini belə əsaslandırıb ki, son mərhələdə“Hörümçək toru”miqyasında bir neçə əməliyyat keçirib və indi onlardan imtina etmək cinayət olacaq. Amma əgər prezidentin belə bir xahişi varsa, qoy bu məsələni Ali Radaya versin və parlament qərar çıxarsın.

- General Malyukun istefa verməkdən imtina etməsi Zelenskini qəzəbləndirib. Kommunikasiyalar üzrə müşavirlər generala dəstək kampaniyasının “UTX-nin özü tərəfindən təşkil olunduğunu” iddia edərək, prezidenti qüızışdırıblar. Zelenski qəzəbli halda Malyukun könüllü istefa vermədiyi təqdirdə tutduğu onun vəzifədən uzaqlaşdırılacağı ilə hədələyib”, - nəşr vurğulayır.

Ukrayna parlamenti həqiqətən də Rusiya təcavüzününün əvəvlindən dövlət başçısı tərəfindən təyin olunan məmurlarla bağlı rezidentə belə səlahiyyətlər verib.

Bir çox deputatlar ictimaiyyətin əsasən dəniz pilotsuz təyyarələrinin yaradıcısı, Krım körpüsünün bombalanmasının və “Hörümçək toru” əməliyyatının müəllifi kimi qəbul etdiyi Malyuka belə bir prosedurun tətbiqinin ictimai təsirindən qorxur.

Yanvarın 3-də keçirdiyi brifinqdə Volodimir Zelenski xeyli qıcıqlı şəkildə və UTX-nin rəhbərinin adını çəkmədən planlaşdırdığı bütün dəyişiklikləri istənilən halda həyata keçirəcəyini bildirib. Ukrayna Prokurorluğunun məlumatına görə, prezident ofisi hətta Malyukun işdən çıxarılması ilə bağlı rəsmi fərmanın verilməsi üçün əsaslar axtarmağa başlayıb.

“Yanvarın 4-də istefaya getməsi üçün UTX-nin rəhbərinə təzyiq göstərilib. Hərbçilərin, tərəfdaşların və parlament üzvlərinin böyük dəstəyinə və Ali Rada tərəfindən işdən çıxarılmasının son dərəcə zəif perspektivinə baxmayaraq, prezidentlə vəziyyəti gərginləşdirməyin dövlətə zərər verəcəyini düşünən Malyuk istefaya getməyə razılıq verib”, - qəzet bildirir.

Ali Radanın səsverməsini tələb edən vəzifədən azad olunma aktının özünün nə vaxt və necə baş tutacağına yaxın vaxtlarda qərar veriləcək.

Malukun vəzifəsinin icrası “Alfa” şirkətinin rəhbəri general-mayor Yevgeni Xmaraya həvalə oluna bilər. Bununla belə, Zelenski UTX-ni öz ofisinin əvvəlki rəhbəri Andrey Yermakın böyük ümid bəslədiyi general Aleksandr Poklada tapşırmaqideyasından əl çəkməyib.

Hərçənd, çətin ki, prezident ofisinin yeni rəhbəri Kirill Büdanov belə bir namizədin təyinatı ilə razılaşacaq. Belə ki, onunla Poklada arasındaaz qala qan düşmənçiliyivar.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
75
50
azvision.az

10Mənbələr